Sumqayıtda yeniyetmə bıçaqlanıb 

15:58 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində yeniyetmə oğlan bıçaqlanıb. Hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Hafta.az xəbər verir ki, iki nəfər arasında düşən mübahisə zamanı 2005-ci il təvəllüdlü Rzayev Nicat Xəyal oğlu sağ ayağından bıçaqlanıb. Zərərçəkən Sumqayıt şəhər tibbi yardım xəstəxanasına çatdırılıb, cərrahi müdaxilə olunub.

Polis hadisənin motivləri və təfərrüatlarını araşdırır.